"Keşlə"nin sonuncu oyununun vaxtı açıqlandı

17:58 - 24 Yanvar 2019

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” sabah Antalyada son yoxlama matçını keçirəcək.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu Rusiyanın I Divizionunda yarışan "Çertanovo" ilə qarşılaşacaq.

 

Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 13:00-da başlayacaq.

 

Qeyd edək ki, "Keşlə" Özbəkistanın U-23 komandası ilə heç-heçə (0:0) edib, Serbiyanın "Dinamo" (Vranye) klubuna 0:2, Qazaxıstan "Atırau" klubuna 1:3 hesabı ilə uduzub.

 

Xəbər xətti