"Qalatasaray"ın İzmir zəfəri VİDEO

01:04 - 27 Yanvar 2019

Türkiyə Super Liqasında 19-cu turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Başakşəhər"i izləyən "Qalatasaray" İzmirdə "Göztəpə"nin qonağı olub. İstanbul təmsilçisi meydan sahiblərini 1:0 hesabı ilə məğlub edib.

 

Super Liqada turnir cədvəlinə 38 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 35 xalla 2-ci, "Yeni Malatyaspor" 32 xalla 3-cü, "Beşiktaş" 30 xalla 4-cüdür.

 

"Göztəpə" - "Qalatasaray" - 0:1
Qol:
Sinan Gümüş, 72

Qeyri-dəqiq penalti: Selso Borqes, 57 ("Göztəpə")

 

 

 

Xəbər xətti