Avrokuboklarda səfər qolu qaydası ləğv edilir

18:24 - 5 Fevral 2019

UEFA-nın klub yarışlarında səfər qolu qaydasına yenidən baxılacaq.

 

Sportal.az xəbər verir ki, sabah bununla bağlı UEFA İcraiyyə Komitəsi bir araya gələcək. Müzakirələrdən sonra qərar qəbul ediləcək.  

 

Daha öncə UEFA-da yarışların təşkili üzrə direktoru Corco Marketti bu məsələdə dəyişikliyin lazım olduğunu demişdi: "Məşqçilərin fikrincə, indi səfərdə qol vurmaq heç də çətin deyil. Onlar hesab edirlər ki, futbolda vəziyyət dəyişib və indi səfər qolunun əhəmiyyəti uzun illər əvvəlki kimi deyil. Biz bu müraciətlə bağlı müzakirələr aparacağıq".

Xəbər xətti