Millimizin üzvü İngiltərədə qol vurdu

13:22 - 13 Fevral 2019

İngiltərədə yarıpeşəkar klublar arasında təşkil olunan “FA Trophy” kubokunda üçüncü mərhələnin cavab oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-19 millimizə cəlb edilən Türkiyə əsilli hücumçu Sərhat Daşdəmirin formasını geyindiyi “Fayld” klubu evdə “Ramsbottom Yunayted”ə 4:1 hesabı ilə qalib gəlib. İlk oyun 5:5 hesablı heç-heçə ilə başa çatdığı üçün “Fayld” mərhələ adlayıb. 

 

Sərhat 90 dəqiqə meydanda olub. O, 50-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.

Xəbər xətti