Nikola Yurçeviç millimizin problemlərini açıqladı

11:02 - 14 Fevral 2019

Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviç ölkəsinin mətbuatına növbəti dəfə açıqlama verib.

 

Sportal.az novilist.hr saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis debütünün martın 21-də Xorvatiyaya qarşı keçiriləcək görüşə təsadüf etməsini xoş hadisə adlandırıb:

 

"Bu, üst-üstə düşdü. Azərbaycan millisində debütümü Zaqrebdə reallaşdırmaq xoş olacaq. Robert Prosineçki Azərbaycanda dərin izlər buraxıb, burada çox sevilib. Hələ də onu çox sevirlər. Azərbaycan millisini çalışdıracağım üçün çox məmnunam. Bu, böyük şeydir və motivasiya alıram".

 

Xorvatiyalı mütəxəssis AÇ-2020-nin qrup mərhələsindəki şansları dəyərləndirib:

 

"Gözləntilər? Qrupda hər komanda öz istəklərinə və hədəflərinə malikdir, bu da başa düşüləndir. Xorvatiya qrupda aşkar favoritdir, bu haqda uzun danışmaq lazım deyil. Ancaq biz sürpriz etmək üçün yollar axtarırıq. Niyə hələ də Azərbaycanın Avropa çempionatı ilə bağlı xəyalları yoxdur? Ümid etmək təbii halddır, düz deyil?"

 

Yurçeviç millimizin problemlərinə də toxunub:

 

"Azərbaycan millisi keçmişdə hər kəsi təəccübləndirib, Xorvatiya ilə oyunda olduğu kimi. Sadəcə, problem ondadır ki, nəticələr davamlı şəkildə deyil. Milli komandanın daha çox üzvlərinin olduğu "Neftçi" - "Qarabağ" görüşünü izlədim. Burada çox yaxşı futbolçular var. Bununla bərabər, Azərbaycan millisi heyət genişliyində problemlər yaşayır. Ancaq komanda ilə söhbət edib ortaq fikirə gələcəyik".

Xəbər xətti