"Kəpəz" "Neftçi"yə, "Sabah" "Zaqatala"ya uduzdu

17:05 - 14 Fevral 2019

Azərbaycan 1-ci divizionunda 15-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

 

“Zaqatala” “Sabah-2”-ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. “Neftçi-2” isə “Kəpəz”i məğlub yola salıb - 3:2.

 

Birinci divizion, 15-ci tur

14 fevral

 

"Zaqatala" – "Sabah-2" 2:1
Qollar
: Maqsud Ələkbərov, 35, Cavad Kazımov, 44 – Eldost Qiyasbəyli, 63 (pen.)

 

"Neftçi-2" – "Kəpəz" 3:2
Qollar:
Vüsal Əsgərov, 18; 37, Mirkamil Əliyev, 67 – Elgün Orucov, 57, Əli Səmədov, 62 (pen.)

Xəbər xətti