Samir Abasov: "Belə söz-söhbətlərin niyə yarandığını bilmirəm"

Azərbaycan Premyer Liqasının 17-ci turunda “Zirə” evdə “Neftçi” ilə 0:0 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov “CBC Sport”a matçla bağlı fikirlərini səsləndirib:
 
- Hansına görə siz təbrik düşür: Mübarizə, oyun, yoxsa nəticə?
- Məncə, mübarizəyə görə təbrik düşür. Fikrimcə, oyun da pis deyildi.
 
- Nəticədən razı qaldınız?
- Fikirləşsək ki, rəqib çempionatda liderdir, pis nəticə deyil. Yaxşı hesab edirəm.
 
- Qış fasiləsindən sonr aüç oyun keçirmisiniz. İlk oyunda gözləmədiyiniz məğlubiyyət aldınız. Ancaq digər iki qarşılaşmanı uğurlu adlandırmaq olar. Düşünmək olar ki, “Zirə” fasilədən sonra özünə gəlib?
- Özünə gəlməyini deyə bilmərəm, mənfi cəhətimiz odur ki, yeni transferlərimiz bizə gec qoşuldular. Özünüz görürsünüz ki, kimizə bir, kimisə də yarım hissə oynadırıq. Onların tam hazır olması üçün vaxt lazımdır. Biz də səbirsizliklə gözləyirik. Yaxşı tərəf odur ki, yeni gələnlər həddən artıq çox çalışırlar ki, “Zirə”nin bir hissəsi olsunlar. Getdikcə yeni transferlərdən də yararlanaraq, yaxşı “Zirə” görərik.
 
- Hiss olunurdu ki, futbolçularda motivasiya fərqli idi. Maraqlıdır, oyundan öncə onlara nə demişdiniz?
- Xeyr, sadəcə, oyundan kənar olan söz-söhbətlərdir ki, bu oyuna ayrı motivasiya var. Bilmirəm ki, belə söz-söhbətlər niyə yaranır. “Neftçi”nin “Zirə”yə uduzması həmişə maraq doğurur. Bəlkə də buna görə belə fikir formalaşıb. “Neftçi”yə qarşı hansısa xüsusi hazırlığımız yox idi. Çempionatın oyunu kimi bu qarşılaşmaya hazırlaşmışdıq.
 
- Bu gün “Zirə” qələbə də qazana bilərdi. İkinci hissədə imkanlarınız oldu və buna reaksiyalarınızı görürdük.
- Uduza və ya qələbə qazan bilərdik. “Neftçi”nin də haqqını vermək lazımdır. Onlar da bir neçə epizodda qol vura bilərdilər. Rəqibə verdiyimiz boşluqları anlayıram və əsəbləşmirəm. Ötən oyunda olduğu kimi, bu matçda da əsas deməzdim, ancaq iki-üç yerli oyunçumuz yox idi ki, mövqe uğrunda lazım olanlardır. Sadio Tounkaranı sağ cinahda müdafiəçi kimi oynatdıq. “Neftçi” oradan hücumlar edəndə İlkin Qırtımovu orada oynatmağa məcbur olduq. Şanları qola çevirsəydik, qalib də gələ bilərdik. Şükürlər olsun ki, uduzmadıq.
Tarix: 16 Fevral [19:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2019
12  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio