40-cı heç-heçə

10:50 - 18 Fevral 2019

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Neftçi” ilə oyunundakı 0:0 hesablı heç-heçə “Zirə” üçün yubileylərlə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “qartallar” tarixində 40-cı bərabərliyə imza atıb. Özünün 155-ci oyununa çıxan komanda 33 dəfə Premyer Liqa, 6 dəfə Birinci Divizion, 1 dəfə UEFA Avropa Liqasında meydanı heç-heçə ilə tərk edib.

 

Bu bərabərliklərdən 15-də qol vurulmayıb. “Neftçi” ilə görüş “Zirə”nin 15-ci qolsuz matçı olub.

 

Zirə İdman Kompleksinin stadionundakı görüş həm də Premyer Liqada evdəki 15-ci heç-heçədi. “Qartallar” 55-ci ev matçında 15-ci “sülh”lə kifayətlənib.

Xəbər xətti