Rüfət Dadaşova heyətdə yer yoxdur

14:23 - 19 Fevral 2019

Almaniyanın "Proyssen" klubunun baş məşqçisi Marko Antverpen III Bundesliqanın XXIV turunda "Osnabrük"ə qarşı matçdan (0:0) danışıb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun niyə az oynadığına aydınlıq gətirib: "Bizim birinci ötürməni qəbul edən, topları paylayan və divar funksiyasını yerinə yetirən hücumçumuz yoxdu. İndi bununla maraqlanmalıyıq. Yenidən qələbələr qazanmaq üçün özünəinamı qaytarmalıyıq. Bizdə Akono kimi qüvvətli, qol vurmağı bacaran qolçu var. Həmçinin Hoffmann sürətli futbolçudu. Bu üzdən "Osnabrük"lə görüşdə Dadaşova yer yox idi".

Xəbər xətti