Klub kanallarının dövrü bitdi - Yeni trend: "YouTube"!

17:36 - 20 Fevral 2019

Dünyada 1990-cı illərdən etibarən bir çox klubların kanalları TV ekranlarına gəldi. 1997-ci ildə İngiltərə, daha sonra isə İspaniya, İtaliya klublarının kanalları oldu.

 

Ancaq 2000-ci illərdən etibarən klublar "YouTube"a keçdilər. İlk olaraq, "Arsenal"la "Midlzbro" bu addımı atdılar. Daha sonra isə digər klublar da eyni xətt üzrə hərəkət etdilər. Artıq klubların TV kanalına böyük maraq qalmayıb. Sosial şəbəkələrdə və "YouTube" kanalında hər şeyə rast gəlmək mümkündür. Bu səbəbdən də klub kanalları artıq sıradan çıxıb. Videolar "YouTube"a yerləşdirilir və izləyicilər üçün bu daha əlverilşlidir. Buna görə də klub televiziyası həm də artıq xərc kimi görünür.

 

"YouTube"da ən çox abunə sayı İspaniya və İngiltərə klublarındadır. Bir milyondan çox izləyicisi olan klub kanalları:

"Barselona" (İspaniya) - 6 milyon izləyici
"Real" (İspaniya) - 4,3 milyon
"Liverpul" (İngiltərə) - 1,9 milyon
"Yuventus" (İtaliya) - 1,8 milyon
PSJ (Fransa) - 1,7 milyon
"Mançester Siti" (İngiltərə) - 1,6 milyon
"Mançester Yunayted" (İngiltərə) - 1,5 milyon
"Arsenal" (İngiltərə) - 1,2 milyon
"Çelsi" (İngiltərə) - 1,1 milyon
"Bayern" (Almaniya) - 1 milyon


Klubun populyar olması üçün komandanın uğurlu çıxışı ilə yanaşı, sosial şəbəkələrdə də düzgün iş aparılmalıdır. Azərbaycan klublarından "YouTube"da ən çox izləyicisi olan klub "Qarabağ"dır. "Neftçi" və "Qəbələ" ilk üçlükdə qərarlaşıblar. 

"Qarabağ" - 19 min 689 izləyici
"Neftçi" - 14 min 491 izləyici
"Qəbələ" - 4 409 izləyici
"Bakı" - 3 121 izləyici (kanal iki ildir fəaliyyət göstərmir)
"Xəzər Lənkəran" - 2 439 izləyici (kanal iki ildir fəaliyyət göstəmir)
"Kəpəz" - 1 898 izləyici
"Sumqayıt" - 1 523 izləyici
"Sabah" - 306 izləyici
"Keşlə" - 149 izləyici
"Zirə" - 12 izləyici
"Səbail" - yoxdur

Xəbər xətti