Kameni "Fənərbağça"dan gedir: "Türkiyə futbolu çox qəribədir"

16:53 - 21 Fevral 2019

"Fənərbağça"da əsas heyətdən kənarda qalan kamerunlu qapıçı Karlos Kameni "marca"ya danışıb.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı əlcək sahibi bu səbəbdən İstanbul klubundan ayrılacağını deyib:


"İstəmədiyim halla üzləşsəm də, futboldan getmək fikrim yoxdur. Mən hələ də üst səviyyədə oynaya bilərəm. İspaniyaya qayıtmaq istəyirəm. Müqaviləmin bitməsinə bil il qalsa da, bu şəkildə davam etmək istəmirəm. Aykut Kocaman səbəbini bilməsəm də, məni heyətdən kənar qoydu. Fillip Koku gəldi, o da eynisini etdi. Məşq edirəm, sonra da evə gedirəm. Ümid edirəm ki, bu yay "Fənərbağça"dan ayrılacam.

 

Heç xoş olmayan vəziyyətdəyəm. Belə şeylər ancaq burda olur. Türkiyə futbolu çox qəribədir. Mən bura gələndə fərqli sözlər demişdilər, ancaq bu vəziyyətlə qarşılaşdım. Belə olacağını xəyal belə etməzdim. Van Persi, Pepe, Podolski kimi ulduzlar da burdan xoş ayırlmadılar".

 

Qeyd edək ki, Kameni 2017-ci ildə "Malaqa"dan "Fənərbağça"ya keçib. Kamerun millisinin sabiq üzvü La Liqada "Espanyol"un da şərəfini qoruyub.

Xəbər xətti