Kuman millini çalışdıracaq

23:30 - 21 Fevral 2019

Mövsümün gedişində "Fənərbağça"dan ayrılan hollandiyalı məşqçi Ervin Kumanın yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Oman milli komandasının baş məşqçisi təyin edilib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Kumanla iki illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Ervin Kuman Fillip Kokunun gedişindən sonra "Fənərbağça"nı bir neçə oyuna çıxarmışdı.

Xəbər xətti