Araz Abdullayev əvəzedicilərə niyə göndərilib? - Qurban Qurbanov açıqladı

18:28 - 23 Fevral 2019

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın yarımmüdafiəçisi Araz Abdullayevi əvəzedici heyətə göndərməsi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, "CBC Sport"a açıqlamasında 46 yaşlı mütəxəssis Arazın performasnından razı olmadığını deyib: "Qısaca deyəcəm. Arazın performansından razı deyildim. Son vaxtlar istədiyim hazırlığı yox idi. Buna görə də əvəzedicilərə göndərdim ki, həm oynasın və bir az orda olsun".

 

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi ötən gün I Divizionda "Şüvəlan"a qarşı "Qarabağ-2"nin heyətində oynayıb.

Xəbər xətti