"Real" Marseloya alternativ tapdı

18:21 - 27 Fevral 2019

"Real" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Marseloya əvəzləyici tapıb.

 

Sportal.az xəbər verir ki, "kral klubu" braziliyalı müdafiəçinin boşluğunu "Ayaks"da çıxış edən Nikolas Talyafiko ilə doldurmağa çalışacaq. Madridlilərin yaxın vaxtlarda Argentina millisinin üzvü üçün Hollandiya klubuna təklif göndərəcəyi bildirilir.

 

"Real"ın baş məşqçisi Santyaqo Solari ilə münasibətləri yaxşı olmayan Marselonun yayda "Yuventus"a keçəcəyi gözlənilir.

Xəbər xətti