Nazarov üçün 18 dəqiqə və məğlubiyyət

10:09 - 28 Fevral 2019

Almaniya II Bundesliqasında 20-ci turdan təxirə salınan oyun keçirilib. 

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” evdə lider “Köln”ü qəbul edib və 0:1 hesabı ilə uduzub. 

 

Nazarov oyuna 72-ci dəqiqədə daxil olub.

 

Qeyd edək ki, “Aue” II Bundesliqada 26 xalla 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti