"Sumqayıt" məşqçisini qovdu

11:26 - 28 Fevral 2019

Premyer Liqanın ikinci hissəsinə yaxşı başlamayan və sonuncu pilləyə yuvarlanan "Sumqayıt" uğursuzluqların səbəbkarını tapıb.

 

Sportal.az futbol11.az-a istinadən xəbər verir ki, "kimyaçılar" XVIII turda "Zirə"yə doğma meydandakı minimal hesablı məğlubiyyətdən sonra məşqçilər korpusunda dəyişiklik etmək qərarına gəlib.

 

Klub fiziki hazırlıq üzrə məşqçi Sergey Yankovi ilə yollarını ayırıb. Qərarı komandanın baş məşqçisi Ayxan Abbasov verib.  38 yaşlı çalışdırıcı ukraynalı məşqçini işinin öhdəsindən gələ bilmədiyi üçün göndərmək qərarına gəlib.

 

Qeyd edək ki, Yankovi mövsümün gedişində "Sumqayıt"a cəlb olunub. Onu kimin əvəzləyəcəyi bəlli deyil.

Xəbər xətti