"Sabah" "Neftçi" ilə oyuna iki itkiylə çıxacaq

11:54 - 1 Mart 2019

Azərbaycan Premyer Liqasənın 19-cu turunda "Sabah" "Neftçi"nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, debütant matça iki itkiylə çıxacaq. Belə ki, Erik Ramos cəzalı duruma düşdüyü üçün sabiq klubuna qarşı forma geyməyəcək. Elşən Abdullayev isə zədədən əziyyət çəkir. "Neftçi"də isə Tural Axundov cəzalı vəziyyətdə olduğu üçün "Sabah"la oyunu kənardan izləyəcək.

 

Qeyd edək ki, "Neftçi" - "Sabah" oyunu martın 2-si, 18:30-da baş tutacaq.

Xəbər xətti