"Beşiktaş"da Şenol Günəşi kim əvəz edəcək?

17:48 - 1 Mart 2019

Şenol Günəşin Türkiyə millisinin baş məşqçisi təyin olunmasından sonra "Beşiktaş"ı kimin çalışdıracağı maraq doğurur.

 

Sportal.az xəbər verir ki, Şenol Günəşin əvəzinə İstanbul klubunun üç variantı var. Bunlardan biri Sərgən Yalçındı. "Alanyaspor"da yaxşı mövsüm keçirən çalışdırıcı azarkeşlərin ən çox istədiyi addı.

 

Digər namizəd Səudiyyə ərəbistanının "Əl-İttihad" klubundan istefaya göndərilən Slaven Biliçdi. Xorvatiyalı mütəxəssisin "Beşiktaş"a qayıtmaq ehtimalı yüksək qiymətləndirilir.

 

Sonuncu namizəd isə Rza Çalımbaydı. Son olaraq "Konyaspor"a rəhbərlik edən mütəxəssis hazırda işsizdi.

 

Qeyd edək ki, Şenol Günəş mövsümün sonunda "Beşiktaş"ı tərk edəcək.

 

Xəbər xətti