"Qarabağ" futbolçusunu Ukrayna klubuna satdı

09:00 - 2 Mart 2019

"Qarabağ"ın ukraynalı futbolçusu Yaroslav Deda karyerasını vətənində davam etdirəcək.  

 

Sportal.az xəbər verir ki, 19 yaşlı hücumçu "Karpatı" klubuna transfer olub. Klub saytının məlumatına görə, Deda ilə 3 illik müqavilə imzalanıb. Lvov təmsilçisi bu keçid üçün "Qarabağ"a təzminat ödəyib. Lakin transferin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Yaroslav Deda "Qarabağ"ın heyətində ötən mövsüm UEFA Gənclər Liqasında çıxış edib.

 

Xəbər xətti