"Feyenoord"un yeni baş məşqçisi məlum oldu

14:13 - 6 Mart 2019

Hollandiyanın "Feyenoord" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, Rotterdam təmsilçisi mövsümün sonunda komandadan ayrılacağını bəyan edən Covanni van Bronkxorstun əvəzinə Yap Stamla anlaşıb. Hollandiya futbolunun əfsanələrindən olan Yap Stam "Feyenoord"da növbəti mövsümdən işləməyə başlayacaq.

 

Qeyd edək ki, 46 yaşlı mütəxəssis hazırda Erediviziya təmsilçisi "Zvolle"ni çalışdırır.

Xəbər xətti