"Qarabağ" xal itirdi, "Keşlə" "Sabah"ı məğlub etdi YENİLƏNİB

20:20 - 9 Mart 2019

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk matç günündə iki oyun keçirilib. "Qarabağ" doğma meydanda "Zirə" ilə qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

 

Turun digər oyununda "Sabah" "Keşlə"nin qonağı olacaq və 0:3 hesabı ilə uduzub.

 

Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.

 

“Keşlə” – “Sabah” - 3:0
Qollar
: Conatan Ayite, 26, 47, Cabir Əmirli, 66
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev   
“ASK Arena”, 16:00

 

“Qarabağ” – “Zirə” - 0:0
Hakimlər
: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Tofiq Bəhramov adına Respublika stadionu, 18:30

Xəbər xətti