Qurban Qurbanovdan Ansi Aqolli açıqlaması: "Təklifi dəyərləndirəcəyik"

20:27 - 9 Mart 2019

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ABŞ-ın "Nyu-York Kosmos" klubundan təklif alması xəbərinə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis təklifi dəyərləndirəcəklərini bildirib: "Belə bir təklif var. Daha əvvəl də bildirmişdim ki, Aqollinin ailəsi Amerikada yaşayır. O, Amerikaya getməyi çox istəyir və əlinə belə şans düşüb. Biz yaxın günlərdə bunu dəyərləndirəcəyik".

 

Təcrübəli mütəxəssis komandanın hücumçusu Mahir Mədətovun AEK-in hədəfində olması barədə yayılan xəbərlər barədə bunları deyib: "Belə bir təklif bizə gəlməyib. Dəfələrlə belə təkliflərin olduğunu eşitmişik. Ancaq kluba rəsmi təklif gəlməyib".

Xəbər xətti