"Sumqayıt"ın futbolçusu 3 həftəlik sıradan çıxdı

10:26 - 10 Mart 2019

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” artıq bu oyuna hazırlığını başa vurub.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi “Dalğa Arena”nın ehtiyat meydançasında son məşqini keçirib.

 

Zədəli olan Şəhriyar Əliyev və Əmir Ağayev məşqdə iştirak etməyib. Ağayev 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

 

1 saat davam edən məşqdə əsasən müxtəlif toplu çalışmalar edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.

 

Martın 10-da Sumqayıtda keçiriləcək “Sumqayıt” – “Neftçi” qarşılaşmasına saat 16:30-da start veriləcək.

Xəbər xətti