Millimizdə ciddi itki

Ukrayna Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” evdə Donetsk “Olimpik”i ilə 1:1 hesablı heç-heçə edib.

 

Paşayev start heyətdə meydana çıxıb. Lakin matçın əvvəlindəcə zədələnən millimizin üzvü 10-cu dəqiqədə əvəzlənməli olub. Onun AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə görüşdə iştirak edib-etməyəcəyinə tibbi müayinədən sonra aydınlıq gələcək.

 

Qeyd edək ki, “Aleksandriya” 38 xalla Premyer Liqanın turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Tarix: 11 Mart [10:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio