Elşad Əhmədov: "Hesabı qənaətbəxş saymaq olar"

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 21-ci turunda “Sumqayıt”la 1:1 hesablı heç-heçə etdikləri oyunundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis hesabı qənaətbəxş hesab edib:

 

“Maraqlı oyun keçdi. Azlıqda qalmamışdan öncə imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Meydanda azlıqda qalmağımız işimizi çətinləşdirdi. İlk hissədə qapımızda qol gördük. Fasilədə uşaqlar bu oyunu uduzmayacaqlarını dedilər. İkinci hissədə futbolçular xarakter nümayiş etdirdilər. 10 nəfər qalsaq da, hesabı bərabərləşdirməyi bacardılar. Oyunun böyük hissəsini azlıqda oynadığımızı nəzərə alsaq, bu hesabı qənaətbəxş saymaq olar”.

Tarix: 15 Mart [20:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2019
26  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio