Essyen "Səbail"də oynayan məşqçi olacaq

13:49 - 16 Mart 2019

Qana millisinin sabiq üzvü Maykl Essyen "Səbail"lə müqavilə imzalayıb.

 

Sportal.az graphic.com.gh saytına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu paytaxt klubu ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlayıb. Essyen "Səbail"in U-19 komandasının köməkçi məşqçi kimi də fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, Essyen karyerası ərzində Fransanın "Bastiya”, "Lion", İngiltərənin "Çelsi", İspaniyanın "Real", İtaliyanın "Milan” , Yunanıstanın "Panatinaikos" və İndoneziyanın "Persib Bandunq" klublarının formasını geyinib.

 

Xəbər xətti