Koutinyodan ayrılıq siqnalı: "Mövsümün sonunda düşünəcəm"

16:11 - 16 Mart 2019

"Mançester Yunayted" və PSJ-nin transfer hədəfində olan "Barselona"da yarımmüdafiəçisi Filippe Koutinyo gələcək karyerasından danışıb.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü mövsümün sonunda ayrılıq barədə düşünəcəyini deyib: "Son zamanlar çox az oynadım. Mən bura oynamağa və əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişdim. Mövsümün sonunda gələcəyimi düşünəcəm".

 

Qeyd edək ki, Koutinyo ötən ilin qış fasiləsində "Liverpul"dan "Barselona"ya keçib. Onun Kataloniya klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir.

Xəbər xətti