Tural Bayramlı oynadı, "Dauqavpils" məğlub oldu

10:53 - 18 Mart 2019

Latviya çempionatında 2-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” səfərdə “Valmiera”ya 0:2 hesabı ilə uduzub.

 

Tural Bayramlı oyuna start heyətdə çıxıb və sonadək oynayıb.

 

Elvin matçı ehtiyat oyunçular skamyasından izləyib. İlk turda qırmızı vərəqə alan Vüqar cəza səbəbindən görüşün iştirakçısı olmayıb.

 

“Dauqavpils” 3 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti