Samir Abasovun 40-cı qələbəsi

15:55 - 18 Mart 2019

Azərbaycan Premyer Liqasının XXI turunun “Keşlə” ilə qarşılaşması “Zirə”nin baş məşqçisi Samir Abasov üçün əlamətdar olub.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “qartallar” mütəxəssisə 40-cı qələbə sevinci bəxş ediblər. Baş məşqçi kimi klub karyerasında 117 oyunda iştirak edən Abasov əvvəlki görüşlərdə 39 qələbə qazanmışdı. Yubiley qələbəsi iki komandadakı fəaliyyət sayəsində gerçəkləşib.

 

41 yaşlı mütəxəssisin rəhbərliyi altında “Sumqayıt” 33, “Zirə” isə 7 dəfə qalib gəlib.

 

Abasovun baş məşqçi kimi qazandığı 40 qələbədən 34-ü Premyer Liqa, 6-sı Azərbaycan kubokuna təsadüf edib.

 

Qeyd edək ki, cari mövsümün gedişində “Zirə”nin baş məşqçisi təyin olunan Abasov qəsəbə klubunu 21 görüşə çıxarıb. Bu oyunlarda “qartallar” 7 qələbə qazanıb ki, bunun beşi çempionat, ikisi kuboka təsadüf edib.

Xəbər xətti