Mehmet Topal milli komandadan kənarlaşdırıldı

10:52 - 19 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya və Moldova yığmalarıla qarşılaşacaq Türkiyə millisi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "ay-ulduzlar" “Fənərbaxça”nın futbolçusu Mehmet Topalın xidmətindən məhrum olub. Bu səbədən də 33 yaşlı yarımmüdafiəçi yığmadan kənarlaşdırılıb.

 

Super Liqanın 26-cı turunda "Sivasspor"la oyunda zədələnən futbolçunun durumu ciddidir.

 

Qeyd edək ki, Türkiyə martın 22-də səfərdə Albaniya qonağı olacaq. Şenol Günəşin rəhbərlik etdiyi komanda 3 gün sonra evdə Moldova yığması ilə qarşılaşacaq.

Xəbər xətti