Xorvatiya millimizlə oyun üçün qapıçı seçimini etdi

13:16 - 20 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya yığması Azərbaycan millisini qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, ötən günlərdə "damalılar"ın çalışdırıcısı Zlatko Daliç qapı xəttində kimə şans verəcəyini müəyyən etmədiyini demişdi.

 

Komandanın qapıçılar üzrə məşqçisi Maryan Mrmiç Kaliniçin üstün vəziyyətdə olduğunu "germanijak.hr" saytına açıqlamasında deyib: "Seçim Lovre Kaliniçin lehinədir. Daniyel Subaşiç gedişindən sonra əsas qapıçı oldu. Kaliniç Dominik Livakoviçdən bir addım öndədir. Təbii ki, belə seçimlərə sahib olmağımız möhtəşəmdir. Ancaq son qərarı bu gün verəcəyik. Üstünlük Kaliniçdədir".

 

Xorvatiya - Azərbaycan oyunu martın 21-i Zaqrebdə yerləşən "Maksimir" stadionunda keçiriləcək.

Xəbər xətti