Çaleta-Çar: "Azərbaycan da futbol oynaya bilir"

10:08 - 22 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya millisi Azərbaycanı 2:1 hesabı ilə məğlub edib. Sportal.az sportklub.hr saytına istinadən xəbər verir ki, oyundan sonra meydan sahiblərinin müdafiəçisi Due Çaleta-Çar bağlı fikirlərini bölüşüb.

 

22 yaşlı futbolçu qələbəni şərh edib: "Hesaba baxanda, nəticənin çətin qazanıldığını düşünürsünüz. Əslində, biz çox yaxşı idik. Ancaq top qapıdan keçmək istəmirdi. Qorxmalı deyilik, səviyyə fərqini göstərdik. Daha böyük hesabla qalib gələ bilərdik, lakin Azərbaycan da futbol oynaya bilir. İki dəqiq zərbədən birini qola çevirdilər. Rəqibin sadəcə, videolarını izləmişdik, müdafiədə oynayacaqlarını təxmin etmişdik. Buna görə də səbirli olmalı idik".

 

Fransanın "Marsel" klubunda çıxış edən Çaleta-Çar 2-ci turda səfərdə Macarsıtanla oyunda 3 xalı hədəflədiklərini deyib: "Macarıstan ilk oyunda uduzub və buna görə xal qazanmağa çalışacaqlar. Evlərində bizi qəbul edəcəklər və nəticə qazanmaq istəyəcəklər. Ancaq biz də səfərə 3 xal üçün gedirik".

Xəbər xətti