Fransa klubunun idman direktoru nəhənglərin hədəfində

15:51 - 24 Mart 2019

Fransa I Liqasında PSJ-nin ardından 2-ci pillədə qərarlaşan "Lill"in idman direktoru Luiş Kampuş digər klubların hədəfindədir.

 

Sportal.az "TuttoMercatoWeb"ə istinadən xəbər verir ki, Ramon Monçiylə yolları ayıran İtaliyanın "Roma" klubu portuqaliyalı mütəxəssislə müqavilə imzalamaq arzusundadır. 54 yaşlı futbol funksioneri "Arsenal" və "Çelsi"nin də hədəfindədir.

 

Qeyd edək ki, Luiş Kampuş 2012/13 mövsümündə "Real"ın skaut heyətində yer alıb. O, 2014-2-17-ci illərdə "Monako"da işləyib.

Xəbər xətti