"Sumqayıt" türkiyəli mütəxəssislə müqavilə imzaladı

“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat olub. 

 

Sportal.az xəbər verir ki, bu vəzifəni Hakan Sünal icra edəcək.

 

Bununla əlaqədar olaraq, mart 29-u saat 13:00-da “Kapital Bank Arena”nın mətbuat konfransı zalında təqdimat mərasimi keçiriləcək. 

 

Son olaraq Almaniyanın “FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal “Ayntraxt Frankfurt”, “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub. 

 

Qeyd edək ki, 39 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.

Tarix: 28 Mart [15:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Noyabr 2019
11  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio