"Beşiktaş"ın futbolçusu "Ayaks"a keçəcək?

18:32 - 29 Mart 2019

“Beşiktaş”ın futbolçusu Oğuzhan Özyakup mövsümün sonunda klubdan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını ölkədən kənarda davam etdirmək istəyir. Futbolçunun agenti “Ayaks” və “Brayton”la danışıqlar aparır.

 

Qeyd edək ki, Oğuzhan Özyakub 2012-ci ildən “Beşiktaş”ın formasını geyinir.

Xəbər xətti