"Portu"nun futbolçusu penalti vurarkən zədələndi VİDEO

15:28 - 31 Mart 2019

Portuqaliya Premyer Liqasının 27-ci turunda "Portu" səfərdə "Braqa"nı 3:2 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, "Portu"nun heyətində Aleks Telles zədələnib. Braziliyalı müdafiəçi 69-cu dəqiqədə penaltini yerinə yetirərkən sıradan çıxıb. Penaltini dəqiq yerinə yetirən futbolçu müvazinətini saxlaya bilməyib və yerdə qalıb. Oyunu davam etdirə bilməyən Telles əvəzlənib.

 

Portuqaliya mətbuatının məlumatına görə, 26 yaşlı futbolçunun zədəsi ciddidir və uzun müddət oynamaya bilər.

 

Qeyd edək ki, Telles cari mövsüm 5 qol vurub, 10 assist edib.

 

Xəbər xətti