Emil Balayevdən inamlı oyun, "Tobol"dan çətin qələbə VİDEO

16:34 - 31 Mart 2019

Qazaxıstan Premyer Liqasında 3-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə Karaqanda “Şaxtyor”u ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

 

Balayev oyuna start heyətdə başlayıb və sonadək oynayıb. 24 yaşlı əlcək sahibi bir neçə epizodda komandasını qoldan xilas edib.

 

Premyer Liqada "Tobol", "Astana" və "Kayrat" 3 turdan sonra 9 xalla ilk 3 pilləni bölüşürlər.

 

Xəbər xətti