"Arsenal" axtardığı idman direktorunu Fransada tapdı

11:08 - 2 Aprel 2019

İngiltərənin "Arsenal" klubu idman direktoru axtarışlarını davam etdirir.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, London klubu bu vəzifəyə ilk hədəfi müəyyənləşdirib. "Topçular" Fransanın "Marsel" klubundan Andoni Subizaretta ilə yaxından maraqlanır. İspan mütəxəssis Çempionlar Liqasına vəsiqə qazanması çətin görünən "Marsel"dən ayrılmağa müsbət yanaşır. "Arsenal" 57 yaşlı funksionerə rəsmi təklif göndərməsə də, danışıqların tezliklə başlayacağı xəbərdə vurğulanıb.

 

Qeyd edək ki, Subizaretta 2016-cı ildən "Marsel"də çalışır. Onun müqaviləsi 2021-ci ildə başa çatacaq.

Xəbər xətti