"Uotford" finalda "Mançester Siti"yə rəqib oldu VİDEO

00:17 - 8 Aprel 2019

İngiltərə Federasiya Kubokunda yarımfinal mərhələsi başa çatıb.

 

Sportal.az xəbər verir ki, "Uembli"də "Uotford"la "Vulverhempton" komandaları üz-üzə gəlib. Oyun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vurmağa müvəffəq olan "Uotford" finalda adlayıb.

 

"Eşşək arıları" həlledici oyunda "Mançester Siti" ilə üz-üzə gələcək. Sözügedən oyun mayın 18-i, Bakı vaxtı ilə 20:00-da baş tutacaq.

 

"Uotford" - "Vulverhempton" - 3:2

Qollar: Delufeu, 79, 104, Diney, 90 (pen.) - Doerti, 36, Ximenes, 62

 

Xəbər xətti