Marko Verratti: "Uzun müddət PSJ-də qalmaq istəyirəm"

11:55 - 8 Aprel 2019

PSJ-nin futbolçusu Marko Verratti haqqında çıxan transfer iddialarına aydınlıq gətirib.

 

Sportal.az "France Football"a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi uzun müddət Paris klubunda qalmaq istədiyini deyib: "Hər zaman özümü PSJ-də yaxşı hiss etdiyimi demişəm. 7 ildir bu klubdayam və ilk gündəki iştahla oynayıram. PSJ-nin planlaırna və komanda yoldaşlarıma inanıram. Müqavilə barədə qərarı klub verəcək. Hələ müqaviləmin başa çatmasına 2 il qalıb. Uzun müddət PSJ-də qalmaq istədiyimi söyləyə bilərəm".

 

Qeyd edək ki, İtaliya millisinin üzvü 2012-ci ildən PSJ-də çıxış edir.Verrati cari mövsüm 26 oyuna 1 qol vurub, 3 assist edib.

Xəbər xətti