Yoviçin atası: "Barselona"dan maraq var"

16:58 - 11 Aprel 2019

Almaniyanın "Ayntraxt" klubunda sərgilədiyi oyunla diqqətləri çəkən Luka Yoviç İspaniya nəhəngi "Barselona"nın hədəfindədir.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, serb futbolçunun atası - keçmiş futbolçu Milan Yoviç Kataloniya klubunun oğluyla maraqlandığını təsdiq edib: "Lukayla maraqlanan klublar var. Bunlardan biri də "Barselona"dır. Ancaq oğlum diqqətini oyunlara cəmləyib. Luka "Ayntraxt"la Çempionlar Liqasında oynamaq istəyir".

 

Qeyd edək ki, 21 yaşlı forvard müqavilə ilə Portuqaliya "Benfika"sına məxsusdur. Yoviç cari mövsüm 38 oyuna 24 qol vurub.

Xəbər xətti