Joze Alesio: “Oyuna nəzarət edə bilmədik”

00:59 - 13 Aprel 2019

Latviya ilə yoldaşlıq oyunu keçirən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva qarşılaşma ilə bağlı açıqlama verib.
 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, braziliyalı mütəxəssis oyuna nəzarət etmədiklərini deyib:

“Dünən birinci hissə haqda dediklərimin bu gün əksini etdik. Oyuna nəzarət edə bilmədik, müdafiədə və hücumda çoxlu səhvlərə yol verdik. Uşaqlar yorğun idilər, düzgün düşünüb, icra edə bilmədilər. Rəqib isə bu gün çox istəkli idi, demək olar səhvsiz oynadı. Qarşıda daha iki oyunumuz var”.

 

Qeyd edək ki, yığmamız Latviya ilə 2:2 hesablı heç-heçə edib. Milli bu rəqibi ötən gün 3:1 hesabı ilə yenmişdi.

 

Xəbər xətti