Riberi Qətər və Avstraliyadan təklif aldı

17:02 - 15 Aprel 2019

Mövsümün sonunda Almaniyanın "Bayern" klubu ilə müqaviləsi başa çatacaq Frank Riberiyə Avropa kənarından təkliflər var.

 

Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, Avstraliyanın adı açıqlanmayan klubu fransalı futbolçuya sərfəli müqavilə təklif edib. Bundan əlavə, 36 yaşlı yarımmüdafiəçi ilə Qətərin "Əl-Sədd" klubu da danışıqlar aparır və rəsmi təklif edilib.

 

Qeyd edək ki, "Bayern" Riberini 2007-ci ildə "Marsel"dən 30 milyon avroya transfer etmişdi. Fransa millisinin sabiq üzvü cari mövsüm 33 oyuna 5 qol vurub, 4 assist edib.

Xəbər xətti