Azərbaycan millisinin sabiq üzvü döyüldü

10:16 - 22 Aprel 2019

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb. 

 

Sportal.az ona.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb. 2 naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır. 

 

Qeyd edək ki, döyülən şəxs 2007-2011-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub.

Xəbər xətti