Qaret Beyl üçün Çin iddiası

Cari mövsüm hədəflərinə çatmayan Madridin "Real" klubu yayda heyətdə dəyişikliklər edəcək.

 

Sportal.az xəbər verir ki, "kral klubu" cinah futbolçusu Qaret Beyllə yolları ayırmağa qərar verib. Paytaxt təmsilçisi uelsli futbolçunun transferindən ən azı 130 milyon avro qazanmaq istəyir.

 

AS nəşrinin məlumatına görə, 29 yaşlı cinah furbolçusu üçün "Real"a Çindən təklif gəlib. Məlumata görə, Beyl Çində illik 30 milyon avro maaşa oynamağa razıdır.

 

Qeyd edək ki, Beyl bu mövsüm 40 oyuna 14 qol vurub, 6 assist edib.

Tarix: 22 Aprel [12:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Avqust 2019
24  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio