"Sabah" rəhbərliyi komandanın çıxışına qiymət verdi

“Sabah”ın Müşahidə Şurasının (MŞ) iclası olub. “Bridge Plaza”da baş tutan iclasda MŞ-nın üzvləri – Firudin Qurbanov, Rüfət Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev və Yaqub Hüseynov, həmçinin klub prezidenti Maqsud Adıgözəlov iştirak edib.

 

Sportal.az klub saytına istinadən xəbər verir ki, iclasa giriş sözü ilə başlayan Maqsud Adıgözəlov komandanın cari mövsümkü çıxışı, klubun transfer siyasəti, ictimaiyyətlə əlaqələr, akademiya, aşağı yaş qruplarının AFFA-nın bayrağı altında keçirilən yarışlarda göstərdiyi nəticələr və gələcək hədəfləri barədə ətraflı məlumat verib.

 

Daha sonra MŞ-nın üzvləri komandanın nəticələri barədə fikirlərini bildiriblər.

 

MŞ-nın sədri Firudin Qurbanov çıxışı zamanı “Sabah”ın peşəkar komanda kimi ilk oyununu stadiondan izlədiyini xatırladıb: “Mən “Sabah”ın ilk oyununda olmuşam. Həmin qarşılaşmada 1:0 hesabıyla qalib gəlmişdik. Oyundan sonra paltardəyişmə otağına gedərək, futbolçulara təşəkkür etdim. Onlara “sizin bu qələbəniz “Sabah”a ümid verdi” dedim. “Sabah” Premyer Liqada ilk mövsümünü keçirir. Bu amili nəzərə alanda, komandanın hazırda qərarlaşdığı mövqe, göstərdiyi nəticələr çox yaxşıdır. Bundan əlavə, klubda təşkilatçılıq da yüksək səviyyədə qurulub. Klubun qısa müddətdə bu cür nəticə göstərməsi sevindiricidir”.

 

Daha sonra MŞ-nın digər üzvləri də çıxış edərək, komandanın cari mövsümdə qazandığı nəticələri qənaətbəxş hesab etdiklərini dedilər. Bundan əlavə, MŞ-nın üzvləri klub prezidenti Adıgözəlova “Sabah” FK ilə bağlı suallarını ünvanlamaqla yanaşı, öz məsləhətlərini də verdilər.

 

Sonda klub prezidenti Maqsud Adıgözəlov gələcəkdə bu cür görüşlərin tez-tez baş tutmasını arzuladığını, MŞ-nın üzvlərinin bundan sonra da klubun inkişafı istiqamətində öz məsləhətlərini əsirgəməyəcəklərinə ümid etdiyini bildirdi.

 

Image may contain: 4 people, people smiling, people sitting, table and indoor

Image may contain: 1 person, stripes and closeupImage may contain: 2 people, people sittingImage may contain: 1 person, smiling, suitImage may contain: 1 person, sitting and indoorImage may contain: 2 people, people sitting and suitImage may contain: 1 personImage may contain: 1 person, suitImage may contain: 6 people, people smiling, people standing and suit

Tarix: 24 Aprel [14:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 May 2019
22  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio