"Atletiko" "Barselona"nın çempionluğunu təxirə saldı VİDEO

10:32 - 25 Aprel 2019

İspaniya La Liqasında 34-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Atletiko" evdə "Valensiya"ya 3:2 hesabı ilə qalib gəlib. Madrid klubu qələbə sayəsində lider "Barselona"nın çempionluğunu təxirə salıb.

 

La Liqada turnir cədvəlinə 80 xalla "Barselona" başçılıq edir. "Atletiko" 71 xalla 2-ci, "Real" 64 xalla 3-cü, "Xetafe" 54 xala 4-cüdür. "Valensiya" və "Sevilya" 52 xalla 5-6-cı yerləri bölüşürlər.

 

"Atletiko" - "Valensiya" - 3:2

Qollar: Morata, 9, Qrizmann, 49, Korrea, 81 - Qameyro, 36, Parexo, 77 (pen.)

 

 

 

Xəbər xətti