33 yaşlı hücumçu "Borussiya"nın hədəfində

18:26 - 25 Aprel 2019

İtaliyanın "Roma" klubunun hücumçusu Edin Cekonun Almaniya Bundesliqasına qayıtmaq variantı yaranıb.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, bosniya və herseqovinalı futbolçuya Dortmund "Borussiya"sı maraq göstərir. Ceko paytaxt klubunda ayrılmaq fikrindədir. "Roma" 33 yaşlı forvardın transferindən 20 milyon avro qazanmaq istəyir.

 

Qeyd edək ki, "Roma" ilə 2020-ci ilə qəfər müqaviləsi olan təcrübəli futbolçu bu mövsüm 35 oyuna 13 qol vurub, 8 assist edib. Ceko 2007-2011-ci illərdə "Volfsburq"da oynayıb.

Xəbər xətti