Sarri: "Yaxşı mövsüm keçiririk"

17:28 - 29 Aprel 2019

İngiltərə Premyer Liqasının 36-cı turunda səfərdə "Mançester Yunayted"lə 1:1 hesablı heç-heçə edən "Çelsi"nin baş məşqçisi Maurisio Sarri oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis yaxşı mövsüm keçirdiklərini deyib: "Mançester Yunayted"i səfərdə yenmək asan deyil. Bizim Çempionlar Liqasına yollanmağımız üçün 6 xala ehtiyacımız var. Son iki turda bunu reallaşdırmağa çalışacağıq. İlk 4 pillə uğurunda yarışırıq, kubokda final oynadıq, Avropa Liqasında yarımfinaldayıq. Yaxşı mövsüm keçiririk".

 

60 yaşlı mütəxəssis klubdan ayrılacağı iddiaları artan Eden Hazardla bağlı bunları deyib: "Edendən çox məmnunam. Yaxşı oynayır, meydanda döyüşür. Gələcək karyerası ilə bağlı verəcəyi qərara hörmətlə yanaşacam".

Xəbər xətti