"Sumqayıt"a xəbərdarlıq edildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı qərarlar qəbul olunub.

 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu cəza gözləyir.

Tarix: 30 Aprel [13:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2019
20  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio